Modern.az

Hövsandakı yanğına görə rəis cəzalandırıldı

Hövsandakı yanğına görə rəis cəzalandırıldı

Aktual

4 Avqust 2021, 14:34

31 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində “Azərsu” ASC-yə məxsus Hövsan Aerasiya Stansiyasının ərazisində yanğın baş verib və yanğınla əlaqədar yerində araşdırma aparılıb.

 

Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən birgə məlumata görə, araşdırma zamanı sözügedən ərazidə (200 kv.metr sahədə) 3500 ədədə yaxın istifadəyə yararsız olduğu bildirilən su sayğacının utilizasiya məqsədilə saxlandığı və yanğın nəticəsində onların bir hissəsinin tamamilə yanaraq məhv olduğu, digər hissəsinin isə torpağa basdırıldığı müəyyənləşib.

 

Həmçinin araşdırma zamanı məlum olub ki, yanğın baş verən ərazidə yaşayan əhalinin səhhətində problemlər yaranıb və bu da haqlı narazılığa səbəb olub.

 

Aparılan ölçmələr zamanı müəyyən edilib ki, yanma prosesi zamanı ətraf mühitə 2.192 manat məbləğində ziyan dəyib.

 

Faktla əlaqədar inzibati qaydada akt tərtib olunub və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə Stansiyanın rəisi Əbil Əbilov vəzifəli şəxs qismində 3.000 manat cərimə edilib.

 

Digər xüsusatlarla bağlı araşdırma davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir