“Gürcü arzusu” blokunun lideri Bidzina İvanişvili bir ildən sonra siyasəti tərk edəcək. Modern.az RİA-Novosti-yə istinadən bildirir ki, o bu barədə bu gün parlamentdə azlıqda olan deputat qrupu ilə görüşündə bəyan edib.
“Əvvəl mən demişdim ki, siyasətdə 2-3 il olacağam. Artıq bir ildir mən siyasətlə məşğulam. Parlament seçkilərində qələbədən sonra mən daha konkret danışa billərəm - mən il yarımdan sonra siyasəti tərk etmək niyyətindəyəm. Amma ölkədən heç yana getməyəcəyəm”-deyə İvanişvili bildirib.
O həmçinin bildirib ki, siyasətdən getdikdən sonra koalisiyanın vədlərini yerinə yetirməsi üçün komandasını hakimiyyətdə saxlayacaq.
“Siyasətdən gedərkən vədlərlə bağlı üzərimə götürdüyüm məsuliyyətdən imtina etmirəm. Mən ictimai sektorun ən fəal üzvlərindən olacağam”-deyə İvanişvili vurğulayıb.