Modern.az

Kənd təsərrüfatı istehsalı 5% artıb 

Kənd təsərrüfatı istehsalı 5% artıb 

Aktual

18 Sentyabr 2021, 17:53

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda kənd təsərrüfatının istehsalı 5,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 7,3 faiz artıb.

 

Modern.az-ın məlumatına görə, 2021-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 105,2 milyon manat təşkil edib ki, onun da 2 milyard 894,4 milyon manatı heyvandarlıq, 3 milyard 210,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

 

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 353,9 min ton, süd istehsalı 1,6 faiz artaraq 1433,8 min ton təşkil edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək