Modern.az

Daha bir nəfər göbələkdən zəhərləndi

Daha bir nəfər göbələkdən zəhərləndi

21 Oktyabr 2021, 09:22

Zaqatalada daha bir nəfər göbələkdən zəhərlənib.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, rayonun Dağlı kənd sakini 1993-cü il təvəllüdlü İbrahim Fərhad oğlu Mehdiyev bu gecə saat 04 radələrində zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı onun göbələk yedikdən sonra zəhərləndiyi məlum olub. İ. Mehdiyevin müalicəsi Zaqatala RMX-da davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Qeyd edək ki, son günlər Qax və Zaqatalada 7 nəfər göbələkdən zəhərlənib. Qax rayonu Tasmalı kəndində iki azyaşlı göbələk zəhərlənməsindən həyatını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək