Modern.az

Afrikalı jurnalistlər Azərbaycana gələcək

Afrikalı jurnalistlər Azərbaycana gələcək

29 Oktyabr 2021, 10:23

Afrikalı jurnalist qrupu Azərbaycana səfər edəcək. Bu barədə Modern.az-a Türkiyə-Afrika Jurnalistər Cəmiyyətindən məlumat verilib.

 

 

Bildirilib ki, afrikalı jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfəri planlaşdırılır. Səfərdə məqsəd xarici jurnalistləri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri, eyni zamanda Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış etməkdir.

 

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev 800 xarici jurnalistin Azərbaycana səfər etdiyini, bundan sonra da jurnalistlərin səfərilərinin davam edəcəyini açıqlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü