Modern.az

Vahid Əhmədov Baş nazirdən xahiş etdi

Vahid Əhmədov Baş nazirdən xahiş etdi

16 Noyabr 2021, 16:36

Deputat Vahid Əhmədov parlamentdə hökumətdən xahiş edib.

 

Modern.az xəbər verir ki, deputat baş nazirdən büdcədən ehtiyac meyarı anlayışınin 2023-cü ildə çıxarılmasını və yaşayış minimumu anlayışınin qalmasını xahiş edib:

 

"İqtisadiyyat Nazirliyi tərəfindən aparılan diversifikasiya proqramı Azərbaycanda qeyri-neft sektorunun inkişafına səbəb olub. Müsbət məqamlarla yanaşı, bəzi problemli sahələri də diqqətə çatdırmaq istəyirəm. Bizdə qəbul edilən 5 milli prioritet siyahısında kənd təsərrüfatı sahəsi də var. Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq tapşırıqlar verib. Biz kənardan çox sayda ərzaq məhsulları idxal edirik, bu da qiymət artımında müəyyən paya səbəb olur. Eyni zamanda Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətləri yüksəkdir. İki məsələni həll etməliyik. Birincisi, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara aşağı faizlə kreditlər verməliyik. İkincisi, kreditlərlə bağlı girov məsələsini aradan qaldırmalıyıq. Baş nazirdən xahiş edirəm ki, Rəqabət Məcəlləsinin də Milli Məclisə göndərilməsini təmin etsin”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi