Modern.az

Deputatdan hökumətə İRAD: “Əlillik təyinatında böyük problemlər var”

Deputatdan hökumətə İRAD: “Əlillik təyinatında böyük problemlər var”

Parlament

17 Noyabr 2021, 12:00

Deputat Vahid Əhmədov bu gün keçirilən plenar iclasda Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 500 milyona yaxın artıq vəsaitin qalmasını qəbul etmədiyini bildirib.

 

Modern.az xəbər verir ki, deputatın sözlərinə görə, dövlət büdcəsində vəsait ayrılıbsa, bu, xərclənməlidir:

 

“Şəhid ailələri, qazilərlə, əlilliyin təyinatı ilə bağlı bu gün çox böyük problemlər var. Əlilliyin təyinatı məsələsində son illər ərzində kəskin azalmalar da baş verib. Bu məsələyə diqqəti artırmaq lazımdır. Biz qanunda pensiya yaşı ilə bağlı dəyişikliklər etdik, həm də staj ilini dəyişdik. O da pulun yığılmasında DSMF-yə kömək etdi. Burada uşaqlara görə ödənilən müavinətlərə 30 milyon manat vəsait ayrılır. Bu, böyük rəqəm deyil. Ümumiyyətlə, müavinətlərlə bağlı məsələyə yenidən baxılmalıdır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi