Modern.az

Əlilliyi ləğv olunan şəxslərə kompensasiya ödənməlidir - Siyavuş Novruzov

Əlilliyi ləğv olunan şəxslərə kompensasiya ödənməlidir - Siyavuş Novruzov

Parlament

17 Noyabr 2021, 12:20

“Fiziki və zehni fəaliyyətlə məşğul olan insanlara eyni yaşda təqaüdə çıxmaq tələbi qoymaq olmaz”.

 

Modern.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.


Deputat bildirib ki, ağır sahələrdə fəaliyyət göstərən insanların 55 və ya daha aşağı yaşlarda pensiyaya çıxmasına şərait yaradılmalıdır:

 

“Hər kəsə ümumi standart tətbiq etmək olmaz. İkincisi, qeyri-qanuni verilən pensiyaların geri qaytarılması məsələsini burada dedilər. Buna amnistiya tətbiq edilməlidir. Vətəndaş onu ehtiyacdan alıb. Bunu hissə-hissə vətəndaşdan geri almaq səhv addım olardı. Bunu qanunsuz şəkildə pensiya təyinatı aparan dövlət qurumu ödəməlidir. Əlilliyi ləğv olunan şəxslər var, onlara 2 aylıq kompensasiya ödənməlidir. Əlilliyin kəsilməsi ilə bağlı onlara əvvəlcədən xəbərdarlıq edilməlidir"

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi