Modern.az

Ayin zamanı kilsəyə hücum: 30 nəfər ölü

Ayin zamanı kilsəyə hücum: 30 nəfər ölü

Aktual

20 Yanvar 2022, 15:54

Qərbi Afrikaya daxil olan Liberiyanın Nyu-Kru qəsəbəsində ayin zamanı kilsəyə silahlı hücum olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 30 nəfər öldürülüb.

 

Həyatını itirənlərdən 17-si qadın, 11-i uşaqdır. Hadisədən sonra bir nəfər saxlanılıb.

 

Hazırda istintaqın davam etdiyi açıqlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi