Modern.az

Qeydiyyata alınan dini qurumların SAYI

Qeydiyyata alınan dini qurumların SAYI

Aktual

9 Fevral 2022, 16:33

Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan 975 dini qurum dövlət qeydiyyatına alınıb.

 

Modern.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.

 

Komitə sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və mövcud qanunvericilik bu münasibətləri yüksək səviyyədə nizamlayır.

 

Yeni qeydiyyatdan keçən dini icmaların sədrlərinə tövsiyələrini verən Səyyad Salahlı onların yerlərdə müvafiq dövlət qurumlarının nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq və fəaliyyətinin zəruriliyindən danışıb, dini icma rəhbərlərini milli-mənəvi dəyərlərin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırıb.

 

Sonda yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə şəhadətnamələr təqdim edilib.

 

Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan 975 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onların 938-i İslam, 37-i isə qeyri-islam təmayüllüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir