Modern.az

Ermənilərdən növbəti TƏXRİBAT - Yenə "şou" göstərirlər

Ermənilərdən növbəti TƏXRİBAT - Yenə

Qarabağ

10 Fevral 2022, 13:40

Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

 

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Modern.az-a açıqlamasında bildirib ki, bu cür təxribatlar ümumi erməni taktikasıdır.

 

Onun sözlərinə görə, erməni təxribatçılarının Kəlbəcəri hədəf alması mövsümə görədir:

 

“Onlar düşünürlər ki, hava şəraitinə görə Azərbaycanın bu istiqamətdə komunikasiya imkanları bir az məhduddur. Bu baxımdan bölgənin müdafiə imkanlarını sınaqdan keçirirlər”.

 

Politoloq qeyd edib ki, ermənilər bu cür təxribatlarla bəzi görüntülər yaratmaq istəyir:

 

“Onlar istəyirlər ki, qısa müddətdə sərhədlərin demarkasiyası və delimitasiyası prosesi baş versin. Amma bunun öz istədikləri şəkildə baş verməsinə çalışırlar. Yəni, ermənilərin mövqeyi ondan ibarətdir ki, Azərbaycan onların sovetlərin vaxtında olan sərhədlərini tanısın. Qarşılığında isə Azərbaycan sərhəddini Qarabağ istisna olmaqla, guya ki, tanımağa hazırdılar. Azərbaycan təbii ki, buna heç vaxt razı olamayacaq”.

 

 

Sabiq nazir onu da bildirib ki, ermənilər bununla özlərini sülh tərəfdarı kimi göstərmək niyyətindədilər:

 

“Bununla da təbliğat quracaqlar ki, biz demarkasiya və delimitasiya istəyirik, amma Azərbaycan istəmir. Onlar bu şəkildə delimitasiyanı istəyirlər. Yəni, özlərinin sərhədlərini Azərbaycana tanıtdırmaq, amma bizim sərhəd və ərazi bütövlüyümüzü tanımamaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir