Modern.az

\"Delta\", yoxsa \"Omicron\"? - Necə müəyyən edək?

\

12 Fevral 2022, 11:25

Koronavirusun “Delta” və “Omicron” ştamları arasında çox ciddi fərqlənən simptomlar yoxdur. 


TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva Modern.az-a açıqlamasında bildirib ki, bu xəstəliklərin hamısı respirator xəstəliklər qrupuna adiddir:


“Əlamətləri qızdırma, öskürək, əzələ ağrıları, burun tutulması və ya burun axması, boğaz ağrısıdır. İndiyə qədər əlamətlərdə dəyişiklik olmayıb. Hər xəstələnən şəxs fərdi olaraq xəstəliyi müxtəlif cür keçirə bilər. Elə xəstələr var ki, xəstəliyin bütün dövrünü tamamilə qızdırmasız keçirir. Elə şəxslər olur ki, xəstəlik onlarda öskürək və ya qızdırma ilə başlayır. Orqanizmdən asılı olaraq,  xəstələrin bəzisi simptomları hiss edə bilər, bəzisi hiss etməyə bilər”.


 
Həkim-infeksionist müşahidələrə əsasən bildirib ki, “Omicron”da boğaz ağrısı, quru öskürək, səsin dəyişməsi, burun axması, nisbətən daha çox rast gəlinir:

 

“Mütləq ki bu əlamətləri olan hər kəs “Omicron”a yoluxub, “Delta”ola bilməz də deyə bilmirik. Bunun diaqnostik əhəmiyyəti yoxdur. Bu, ehtimallardır, amma tam diaqnoz qoymaq üçün bunlar yetərli deyil”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir