Modern.az

Siqaret çəkilən cizgi filmləri qadağan olundu

Siqaret çəkilən cizgi filmləri qadağan olundu

İqtisadiyyat

19 Yanvar 2013, 15:26

“Damdabaca Kuzanın macəraları”, “Kapitan Vrunqel və timsah Qena”, “Qızıl antilop”, “Mavi canavar balası” qadağan olundu.

Modern.az-ın xəbərinə görə, Rusiyada daha bir neçə cizgi filminin yayımlanmasına qadağa qoyulub. Balacaların sevimli cizgi filmi  “Nu, poqodi” dən sonra daha dörd uşaq filminin televiziyalarda yayımlanmasına qadağa qoyulub.   

Qəhrəmanların siqaret çəkdiyini əsas gətirərək, sevimli “Nu, poqodi”dən sonra “Kapitan Vrunqel”, “Çeburaşka və timsah Gena”, “Damdabaca Kuzanın macəraları”, “Qızıl antilop”, “Mavi canavar balası” kimi cizgi filmləri də qadağan edilənlər siyahısındadır.

Cizgi filmləri qadağası isə birmənalı qarşılanmayıb. Yayımlanmasına qadağanın səbəbi isə həmin cizgi filmlərinin uşaqların tərbiyəsinə, psixologiyasına mənfi təsir etdiyini əsas gətirilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir