“Mahirə Abdullanın Yazıçılar Birliyindən işdən çıxarılması barədə mətbuatda gedən məlumatlar doğru deyil”. Modern.az-a açıqlamasında bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu deyib. Onun sözlərinə görə, bu məsələ hələ yekunlaşmayıb və qurumda yekun qərar qəbul edilməyib. “Hələ müzakirələr gedir. Bəzi söhbətlər araşdırılır. İndiyə qədər hansısa mətbuatda Mahirə Abdullanın işdən çıxarılması haqqında nə verilibsə, səhv veriblər”.
Ədalət Əsgəroğlu bildirib ki, yaxın günlərdə katibliyin iclası olacaq. “Müzakirələrdən sonra rəylər dinlənəcək və yek qərara gəlinəcək”.
Qurumun rəsmisi bildirib ki, Mahirə Abdulla artıq uzun müddətdir ki, işə gəlmir.
Qeyd edək ki, bir müddət öncə AYB-da Mahirə Abdulla ilə yazıçı Abbas Abdulla arasında xoşagəlməz insident yaranmışdı.
Sevinc İltifatqızı