Modern.az

AZTV-nin ən məşhur diktoru dünyasını dəyişdi

 AZTV-nin ən məşhur diktoru dünyasını dəyişdi

1 Mart 2013, 15:25

Tanınmış diktor Hicran Hüseynov 71 yaşında vəfat edib. Bu barədə Simsar.az-a mərhumun qohumu məlumat verib. Onun sözlərinə görə, diktor bu gün günorta saatlarında Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki,diktor uzun müddət qaraciyər serrozundan əziyyət çəkib. 1971-ci ildən AZTV-də əmək fəaliyyətinə başlayan Hicran Hüseynov ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlib. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, “Günün ekranı” və “Xəbərlər” proqramının daimi aparıcısı kimi fəaliyyətini davam etdirib. 2006-cı ildə Respublika Prezidentinin fərmanı ilə Respublikanın “Əməkdar artisti” fəxri adına layiq görülüb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni deputat TÜRK agenti çıxdı