Modern.az

General Rövşən Əkbərov intihar etmiş əsgərin dəfn mərasiminə qatılıb

General Rövşən Əkbərov intihar etmiş əsgərin dəfn mərasiminə qatılıb

Təhsil

2 Mart 2013, 14:57



Qazax rayonundakı “N” saylı hərbi hissədə xidmət etmiş Göyçayın Kürdəmiş kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlunun dəfn mərasiminə Müdafiə Nazirliyi Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov də qatılıb.

APA-nın məlumatına görə, mərasimdə Şəmkir hərbi birləşməsinin rəhbərliyində təmsil olunan digər şəxslər də iştirak edirlər.                                                                                          

Qeyd edək ki, intihar etmiş əsgərin dəfn mərasimi yenidən ekspertiza təyin edilməsi səbəbilə qeyri-müəyyən müddətə təxirə salınıb. Valideynlərin tələbi ilə meyitin yenidən ekspertizası keçiriləcək. Valideyn oğlunun odlu silahdan açılan güllə ilə ölmədiyini, onun avtomatın qundağı və ya küt alətlə döyülərək öldürüldüyünü iddia edir. 

Mərhumun qohumları ekspertizanın keçirilməsi üçün Bakıdan nümayəndələrin göndərildiyini bildiriblər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək