Modern.az

ABŞ səfirliyi vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ səfirliyi vətəndaşlarına xəbərdarlıq etdi

9 Mart 2013, 11:34

ABŞ-ın Azərbaycandakı səfirliyi martın 10-da Bakıda keçirilməsi planlaşdırılan aksiya ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlıq edib. Səfirlik vətəndaşlarını sayıq olmağa və təhlükəsizliyə riayət etməyə çağırıb. Modern.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi müraciət yayıb.

Müraciətdə martın 10-da Bakıda keçirilməsi nəzərdə tutulan etiraz aksiyası ilə bağlı səfirlik ABŞ vətəndaşlarını ehtiyatlı olmağa, aksiyanın keçiriləcəyi yerlərdən uzaq olmağa çağırıb.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi