Modern.az

Elmar Vəliyevin qardaşına 580 min “atan” şəxsin 12 il həbsi istənildi

Elmar Vəliyevin qardaşına 580 min “atan” şəxsin 12 il həbsi istənildi

Ölkə

26 Avqust 2022, 13:42

Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə təqsirləndirilən Cəfər Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Modern.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

 

Prokuror Cəfər Əliyevin 12 il azadlıqdan məhrum edilməsini tələb edib. Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər.

 

Proses sentyabrın 9-da davam edəcək.

 

Xatırladaq ki, cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə daha 4 zərərçəkmiş şəxs var. İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır. Cəfər Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!