Modern.az

Alla Puqaçova Rusiyanı tərk etdi

Alla Puqaçova Rusiyanı tərk etdi

Mədəni̇yyət

29 Sentyabr 2022, 17:24

“Rusianın primadonnası” Alla Puqaçovanın ölkəni tərk etdiyi barədə məlumat yayılıb.

 

Modern.az xəbər verir ki, müxtəlif Telegram kanallarında yayılan məlumata görə, Puqaçova uşaqları ilə birlikdə ölkəni tərk edərək İsrailə uçub.

 

Alla Puqaçovanın rejissoru Yelena Çuprakova RİA Novosti-yə bildirib ki, müğənninin Rusiyanı tərk etmək planlarından xəbəri yoxdur.

 

"Bilmirəm, bilmirəm. O bu haqda hemə deməyib", - Çuprakova müğənninin həqiqətən Rusiyanı tərk edib-etməməsi ilə bağlı sualı cavablandırarkən söyləyib.

 

Bundan əvvəl Rusiya Ədliyyə Nazirliyi xarici agent kimi fəaliyyət göstərən şəxslərin reyestrinə Puqaçovanın əri, şoumen Maksim Qalkin də daxil edib.

 

Bununla razılaşmadığını bildirən Alla Puqaçova Rusiya Ədliyyə Nazirliyindən ərindən sonra onu da xarici agent kimi tanımasını xahiş etsə də, nazirlik buna məhəl qoymayıb.

 

Mətbuat Qalkinin İsrailə getdiyini yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi