Modern.az

“Bundan sonra hələ 5 il yaşayacam” – AYB sədri

“Bundan sonra hələ 5 il yaşayacam” – AYB sədri

Aktual

26 Oktyabr 2022, 18:00

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr Anar Rzayev mətbuat nümayəndələrinə çağırış edib.

 

Modern.az xəbər verir ki, Xalq yazıçısı medianı obyektiv olmağa səsləyib.

 

"Əgər mətbuatın zəhərlərini uda-uda yaşaya bilsəm, bundan sonra hələ 5 il yaşayacam və sədr kimi fəaliyyət göstərəcəm. Mətbuatdan xahiş edirəm ki, AYB-yə düşmən münasibəti bəsləməyin, qərəzli yazılar yazmayın, hər şeyi tərsinə yozmayın. Bir az obyektiv və insaflı davranın", - deyə o bildirib.

 

Qeyd edək ki, bu gün AYB-nin XIII qurultayı keçirilib. Xalq yazıçısı Anar Rzayev yenidən Birliyin sədri seçilib.

 

Anar 1987-ci ildən AYB-nin sədridir. Onun 84 yaşı var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi