Modern.az

Xəstəxanadakı intiharın səbəbi məlum oldu - YENİLƏNİB

Xəstəxanadakı intiharın səbəbi məlum oldu - YENİLƏNİB

28 Oktyabr 2022, 09:48

Lerikdə xəstəxanada baş vermiş intiharla bağlı rəsmi açıqlama verilib.

 

TƏBİB-dən Modern.az-a bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasının qeyri-tibb (anbardar) işçisi 30.04.1990-cı il təvəllüdlü Baxşıyev Orucəli Hacı oğlu 27.10.2022-ci il tarixində saat 23:40 radələrində öz otağında növbədə olan gözətçi tərəfindən asılı vəziyyətdə aşkarlanıb. O.Baxşıyevin öldüyü məlum olub və bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

***

Lerik Rayon Mərkəzi Xəstəxanasında intihar hadisəsi baş verib. Xəstəxanada anbardar işləyən Orucəli Baxışov xidməti otağında özünü asaraq öldürüb.

 

Modern.az-ın məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib.  

 

Mərhumun ailə problemi səbəbindən canına qəsd etdiyi deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi