Modern.az

“Parabüzən” filminin təqdimatı oldu - FOTO

“Parabüzən” filminin təqdimatı oldu - FOTO

29 Oktyabr 2022, 12:18

"Parabüzən" filminin təqdimat mərasimi keçirilib. 

 

Modern.az xəbər verir ki, mərasimdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, millət vəkilləri, kino xadimləri, Vətən Müharibəsinin iştirakçıları, qazilər və media nümayəndələri iştirak edib. 

 

Film 1993-cü ilin aprel-may aylarında Laçın və Kəlbəcər rayonlarının ərazisində mühasirədə qalmış 19 nəfərin başına gələn hadisədən bəhs edir. Çəkilişlər Kəlbəcərin Çərkənd, Laçının Oğuldərə və mühasirədən çıxılan Güləbird kəndində aparılıb. 

 

Qısametrajlı filmdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, mülki vətəndaşlara qarşı törətdiyi soyqırımı, terror aktı mövzularına toxunulub. 

 

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Ayaz Mirzəyevdir. 

 

Qeyd edək ki, filmin adının məhz "Parabüzən" olması filmin prodüseri İmdad Əlizadənin uşaqlıq xatirəsi ilə bağlıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi