Modern.az

Cüdoçumuz çempion oldu

Cüdoçumuz çempion oldu

6 Noyabr 2022, 18:29

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb. 

 

Modern.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı finalda serbiyalı Aleksandr Kukolla üz-üzə gəlib. 

 

Rəqibinə ipponla qalib gələn Kotsoyev yarışın qalibi olub. 

 

90 kq-da yarışan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradzeyə yenilib. 100 kq-dan yuxarı çəki dərəcəsindəki Camal Qamzatxano bürünc medal uğrunda macarıstanlı Riçard Sipoçla güləşəcək.

 

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ