Modern.az

Əsgər yol qəzasında ölüb

Əsgər yol qəzasında ölüb

Təhsil

24 Mart 2010, 20:40

Martın 24-də Qaradağ rayonu Lökbatan qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Dövlət Yol Polis İdarəsinin məlumatına görə, içində 3 əsgər olan “Mercedes” markalı maşın, “ Fiat ” markalı avtomobillə toqquşub.

Nəticədə Qaradağ rayon sakini olan əsgər Azər Cabbarov hadisə yerində keçinib.
Qalan iki əsgər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Onların vəziyyəti orta ağırdır. Həmçinin hər iki sürücü yüngül xəsarətlə xəstəxanaya düşüblər.

Faktla bağlı cinayət işi açılıb. Məzuniyyətdə olan əsgərlər Lənkəranda xidmət etdikləri hərbi hissəyə qayıdırmışlar.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı