Modern.az

İrandakı səfirliyimizə silahlı hücum:  Ölən və yaralılar var 

İrandakı səfirliyimizə silahlı hücum:  Ölən və yaralılar var 

Aktual

27 Yanvar 2023, 10:24

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Hadisə bu gün səhər saat 08.30 radələrində baş verib.

 

Modern.az xəbər verir ki, insident zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan Orxan Əsgərov həlak olub.

 

Məlumata görə, o, silahlı hücuma məruz qalaraq dünyasını dəyişib. Hadisə nəticəsində daha 2 nəfər yaralanıb. 

 

Hücum edən şəxsin saxlanıldığı deyilir. Hazırda Azərbaycanın rəsmi qurumları hücumla bağlı operativ araşdırma aparır.

Bu xəbər ilə bağlı
XİN səfirliyə hücumla bağlı məlumat YAYDI
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır