Modern.az

Sumqayıtda qadını maşın vurub öldürdü

Sumqayıtda qadını maşın vurub öldürdü

1 Fevral 2023, 09:08

Sumqayıtda avtomobil qadını vuraraq öldürüb.

 

Modern.az-ın məlumatına görə, hadisə yanvarın 31-də Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, 1982-ci il təvəllüdlü Rəsulov Anar Hacıoğlan oğlu idarə etdiyi "Ford" markalı avtomobil ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi səkiyə çıxaraq yolun kənarı ilə hərəkətdə olan piyada 1965-ci il təvəllüdlü Eyvazova Aqibət Ağasəlim qızını vurub. Nəticədə qadın hadisə yerində ölüb.

 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü