Modern.az

Ölkəmizdən Avropaya qaz təchizatı ilbəil artır

Ölkəmizdən Avropaya qaz təchizatı ilbəil artır

8 Mart 2023, 16:32

Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır. Ötən il biz Avropa Komissiyası ilə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş kimi mühüm sənədə burada imza atdıq.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.

 

“Biz bunun əsasında, bu yaxınlarda yaradılmış şaxələndirilmiş marşrutlarla qaz təchizatımızı artırırıq. Lakin, əlbəttə, təkcə enerji təhlükəsizliyi Azərbaycanı Avropa ilə birləşdirmir. Daşımalar, təhsil, ticarət kimi digər sahələr də var”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…