Modern.az

Kriştiano Ronaldu dünya rekorduna imza atıb 

Kriştiano Ronaldu dünya rekorduna imza atıb 

24 Mart 2023, 08:55

Portuqaliyalı futbolçu Kriştiano Ronaldu milli komandanın heyətində ən çox oyun keçirmək üzrə dünya rekorduna imza atıb. 

 

Modern.az xəbər verir ki, martın 23-də o, AVRO-2024-ün seçmə mərhələsində Lixtenşteynlə matçda Portuqaliya yığmasının heyətində çıxış edib. 

 

Bu oyun Portuqaliya millisində 38 yaşlı hücumçunun 197-ci oyunu olub.

 

Milli komandanın heyətində meydana çıxma sayına görə, Ronaldu Küveyt yığmasında 196 oyun keçirən Bədr əl-Mutavanın rekordunu qırıb.

 

Qeyd edək ki, Lixtenşteynlə Lissabonda keçirilən görüş 4:0 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!