Modern.az

Bərdədə ağır yol qəzası - Bir nəfər öldü

Bərdədə ağır yol qəzası - Bir nəfər öldü

Hadisə

24 Mart 2023, 17:27

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Əyricə kəndində qeydə alınıb.

 

Rayon sakini İsmayıl Ərşadlı idarə etdiyi “Khazar SD” minik markalı avtomobili ilə hərəkətdə olarkən​ Yeni Əyricə kənd sakini, 1997-ci il təvəllüdlü İsrayıl Əmirovu vurub. Xəsarət alan İsrayıl Əmirov Bərdə Müalicə və Diaqnostika Mərkəzinə çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Bərdə rayon polis şöbəsində cinayət işi başlanıb araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək