Modern.az

Partlayışla əlaqədar cinayət işi AÇILDI

Partlayışla əlaqədar cinayət işi AÇILDI

Ölkə

24 Aprel 2023, 21:20

Aprelin 24-ü saat 19 radələrində Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Prokurorluqdan Modern.az-a bildirilib ki, Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları hadisə baş verən əraziyə cəlb olunmaqla zəruri tədbirlər həyata keçirilir.

 

İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub.

 

Hazırkı vaxtadək dağıntılar altında qalan 2 nəfər şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.

 

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!