Modern.az

Daha iki boksçumuz növbəti mərhələdə

Daha iki boksçumuz növbəti mərhələdə

İdman

8 May 2023, 23:22

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında Azərbaycanın daha 2 boksçusu mərhələ adlayıb.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, mundialın 8-ci günündə yığma üzvlərindən biri 1/8, digəri 1/4 finala yüksəlib.

 

Boksçumuz Nicat Hüseynov (54 kq) Po-Hao Hsu (Tayvan) ilə döyüşüb. 1/16 final çərçivəsində baş tutan qarşılaşma Avropa çempionumuzun qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib.

 

Hüseynov 1/8 finalda Yeol Finol Rivasla (Venesuela) ilə üz-üzə gələcək. Görüş mayın 9-da keçiriləcək.

 

Dünya çempionumuz Alfonso Dominqes (86 kq) də çıxışını qələbə ilə başa vurub. O, Bill Makallisterə (Avstraliya) 5:0 (30:26, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

 

Dominqesin növbəti döyüşü mayın 10-da olacaq.

 

Tural Sarıyevlə (48 kq) Tayfur Əliyev (60 kq) isə 1/8 finalda yarışla vidalaşıblar. Onlar müvafiq olaraq, Vuttiçai Yuraçai (Tailand) və Vsevolod Şumkova (Rusiya) uduzublar.

 

Qeyd edək ki, mundialın 9-cu günündə Hüseynovla yanaşı, daha 2 təmsilçimiz rinqə çıxacaq. Nəbi İsgəndərov (67 kq) Tarxan İdiqovla (Rusiya), Məsud Yusifzadə (51 kq) Patrik Çinyemba (Zambiya) ilə qarşılaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır