Modern.az

Türkiyə Rusiya ilə razılığa gəldi - Qaz məsələsi...

Türkiyə Rusiya ilə razılığa gəldi - Qaz məsələsi...

İqtisadiyyat

10 May 2023, 17:50

Türkiyə Rusiya ilə 600 milyon dollarlıq təbii qaz ödənişlərinin 2024-cü ilə qədər təxirə salınması barədə razılığa gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Agentlik bildirib ki, bu, ötən həftə elan edilmiş saziş çərçivəsində ilk belə təxirə salınmadır. Məlumatda, həmçinin qeyd olunub ki, “Türkiyənin Rusiyaya enerji ödəmələrində gecikmələr 4 milyard dollara çata bilər”.

 

Enerji qiymətlərinin artması buna böyük təsir edib.

 

Xatırladaq ki, mayın 3-də Türkiyənin energetika naziri Fatih Dönməz “Qazprom”la təbii qaz ödənişlərinin bir hissəsinin təxirə salınmasına dair razılığın əldə edildiyini açıqlayıb. Lakin o, ödənişi təxirə salınan vəsaitin həcmini açıqlamayıb.

 

Rusiya Türkiyəyə təbii qazın əsas tədarükçüsüdür. Türkiyəyə idxal olunan qazın 40%-dən çoxu Rusiyaya məxsusdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır