Modern.az

Təhrir meydanında doğulan uşağa “Üsyan” adı qoyuldu

Təhrir meydanında doğulan uşağa “Üsyan” adı qoyuldu

2 İyul 2013, 14:34

Misir iğtişaşlarının mərkəzi Təhrir meydanında etirazçılardan biri qız uşağı dünyaya gətirib. Modern.az-ın məlumatına görə, bu barədə ərəb KİV-ləri xəbər verib. Uşaq 30 iyun tarixində dünyaya gəlib. Uşağa Təmərrud yəni, Üsyan adı verilib. Təhrir meydanındakı həkimlərdən biri uşağı dünyaya gətirməkdə qadına kömək edib.
Müxaliflər öz səhiflərində uşaq barədə “Allah üsyanın yeni doğulmuş uşağı Təmərrudu qorusun. Bu, rejimin çökəcəyinə yaxşı işarədir” yazıblar.

Peykər İbrahimova  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!