ABŞ prezidenti Co Baydenlə yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığının detalları məlum olub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət zamanı F-16 və İsveçin NATO-ya daxil olması məsələləri müzakirə edilib.
“Mən Ərdoğanla danışdım. Ərdoğanı təbrik etdim. O, hələ də F-16 məsələsi üzərində işləmək istəyir. Mən ona dedim ki, biz İsveçlə müqavilə bağlamaq istəyirik və bunu edək. Və yenidən bir-birimizlə əlaqə saxlayacağıq" - Bayden bildirib.
Qeyd edək ki, Bayden telefon danışığı zamanı Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik edib.