Modern.az

Dünya çempionatında 4-cü günün püşkü atıldı

Dünya çempionatında 4-cü günün püşkü atıldı

İdman

31 May 2023, 16:54

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında dördüncü günün püşkü atılıb.

 

Modern.az-ın məlumatına görə, püşkə əsasən mübarizəyə qoşulacaq Azərbaycan yığmasının idmançısının da ilk rəqibi dəqiqləşib.

 

63 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Xanoğlan Kərimov debüt görüşündə Alfredo Martinslə (Portuqaliya) qarşılaşacaq. Döyüş 1/64 final mərhələsinə təsadüf edəcək.

 

Sabah həmçinin qadın taekvondoçular +73 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

 

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…