Modern.az

Madər Musayev FOTOLARDA

Madər Musayev FOTOLARDA

14 İyul 2023, 14:50

Bu gün Milli Məclisin deputatı Madər Musayev vəfat edib. Bir müddətdir xəstəlikdən əziyyət çəkən M.Musayev  75 yaşında dünyasını dəyişib.

 

Bir neçə gün öncə Madər Musayev ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.


Məlumat üçün bildirək ki, Musayev Madər Ələsgər oğlu 26 noyabr 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Milli Məclisinin üzvü, bitərəf, eyni dairədən 6 dəfə təkrar seçilən, ard-arda müstəqillik dövründə 6 dəfə, ümumilikdə 7 dəfə seçilən yeganə millət vəkili olub.



O, Moskva Koperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

 

M.Musayev XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

 

"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib. 25 noyabr 2022-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Evli idi və 3 övladı var.

 

Modern.az mərhum deputatın həyatının müxtəlif dövrlərində lentə alınmış nadir fotolarını təqdim edir:

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!