Modern.az

Putinlə taxıl sazişinin uzadılmasında həmfikirik - Ərdoğan

Putinlə taxıl sazişinin uzadılmasında həmfikirik - Ərdoğan

Dünya

14 İyul 2023, 16:40

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin uzadılmasından danışıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri barədə məlumat verib.

 

"Cənab Putini avqustda qonaq etməyə hazırlaşırıq. Qara dənizdəki taxıl koridoru ilə bağlı razılaşmanın müddətinin uzadılmasında həmfikirik. BMT baş katibi Antonio Quterrreş Putinə bir məktub göndərib. Ümid edirik ki, taxıl koridorunun fəaliyyət göstərməsini təmin edərik", - deyə o qeyd edib.

 

Ərdoğan Putinin səfəri ilə bağlı dəqiq tarixi açıqlamayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi