Modern.az

İsrail-HƏMAS toqquşmasında 22 jurnalist öldürülüb

İsrail-HƏMAS toqquşmasında 22 jurnalist öldürülüb

21 Oktyabr 2023, 08:09

İsrail və HƏMAS silahlı qruplaşması arasında toqquşmanın başlamasından bu yana 20-dən çox jurnalist ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

 

“Oktyabrın 20-nə olan məlumata görə, hər iki tərəfdən 4 mindən çox ölənlərin siyahısında ən azı 22 jurnalist var”, - məlumatda bildirilir.

 

Öldürülən 22 jurnalistdən 18-nin fələstinli, 3-nün israilli və birinin livanlı olduğunu bildirilir. Bunlardan başqa itkin düşən və yaralanan jurnalistlərin də olduğu qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü