Modern.az

Baku TV peyk yayımına başladı

Baku TV peyk yayımına başladı

30 Oktyabr 2023, 15:48

2018-ci ildə təsis edilmiş Baku TV internet televiziya kanalı "Azerspace-1" peyki üzərindən yayıma başlayıb.

 

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") istinadən xəbər verir.

 

Xatırladaq ki, ölkəmizin əksər telekanalları, o cümlədən AzTV, CBC Sport, CBC Azerbaijan, İdman Azərbaycan, İctimai, ATV, Real TV, Space TV, MTV Azerbaijan 2013-ci ildə orbitə buraxılmış "Azerspace-1" telekommunikasiya peyki vasitəsi ilə yayımlanmaqdadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizin inşasına başladılar