Modern.az

Azərbaycanda abort etdirən yeniyetmələrin sayı artıb - Şok STATİSTİKA

Azərbaycanda abort etdirən yeniyetmələrin sayı artıb - Şok STATİSTİKA

30 Oktyabr 2023, 17:12

Bir il ərzində Azərbaycanda abort etdirən yeniyetmə qızların (15-17 yaşlı) sayında 3,5 dəfə artım baş verib.

Modern.az saytı bu qorxunc rəqəmi Dövlət Statistika Komitəsinin məlumatları əsasında müəyyənləşdirib.

Əməkdaşımız abort etdirən 15-17 yaşlı qızların 2021 və 2022-ci il üzrə rəsmi statistikasını araşıdırıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2021-ci ildə 16 yeniyetmə abort etdirməyə məruz qalıb.

2022-ci ildə isə abort etdirən yeniyetmə qızların sayı birdən-birə 57-yə yüksəlib.

Bəzi ekspertlər bu göstəricini yeniyetmə qızların əxlaqi problemi kimi qələmə verilməsinin əleyhinədir. Onlar bildirirlər ki, 15-17 yaşlı qızların abort etdirməsi erkən nikahlardan irəli gələn göstəricidir. 

Qeyd edək ki, 2021-ci ildə ölkədə ümumilikdə 46 877, 2022-ci ildə isə 57 999 abort qeydə alınıb. 


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı