Modern.az

Avropa rəsmiləri Ermənistana gəlir

Avropa rəsmiləri Ermənistana gəlir

Dünya

25 Noyabr 2023, 15:03

Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti Ermənistana gələcək.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

 

Səfər 27-29 noyabr tarixlərində baş tutacaq.

 

Səfər zamanı Aİ-Ermənistan münasibətlərinin dərinləşdirilməsi və möhkəmləndirilməsinin mümkün istiqamətləri müzakirə olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi