Modern.az

Afət Telmanqızı: “ANS-dən çıxmağım haqda deyilənlər yalandır”

Afət Telmanqızı: “ANS-dən çıxmağım haqda deyilənlər yalandır”

Media

14 Sentyabr 2013, 10:14


ANS telekanalının tanınmış aparıcısı Afət Telmanqızı işdən çıxması ilə bağlı xəbərləri təkzib edib. Bu barədə Modern.az saytına açıqlama verən xanım jurnalist bildirib ki, o köhnə iş yerindədir.

“ANS-dəyəm, heç bir yerə getməmişəm, sadəcə efirdən uzaqlaşmışam. Çünki ANS-in Xəbərlər xidmətində məsul redaktoram. İşdən çıxmağımla bağlı deyilənlərin, mətbuatda yazılanların heç biri doğru deyil” deyə Afət Telmanqızı vurğulayıb.  

Qeyd edək ki, bir müddət öncə aparıcı Afət Telmanqızının işdən çıxması ilə bağlı mətbuatda informasiyalar yer almışdı.  

Aytən ƏLİYEVA
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!