Modern.az

Gənclərə Mübariz İbrahim və Ramil Səfərovdan danışılacaq

Gənclərə Mübariz İbrahim və Ramil Səfərovdan danışılacaq

Təhsil

17 Sentyabr 2013, 13:02



Rəvan Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər arasında vətənpərvərlik təbliğatı” layihəsinin icrasına start verib. 3 ay davam edəcək layihə çərçivəsində gənclər təşkilatları, hərb yönümlü QHT təmsilçiləri və hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin iştirakı ilə tədbir keçiriləcək.

Tədbirdə səslənən təklif və tövsiyələr də nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən vətənpərvər siyasət, vətənpərvərlik yönümündə atdığı addımlar (Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin qaytarılması, ona Milli Qəhrəman adının verilməsi, Ramil Səfərovun Macarıstandan ekstradisiyası və azad edilməsi, ordu quruculuğu sahəsində görülən işlər, vətənpərvər medianın inkişafı sahəsində təşəbbüsləri  və s.), qəhrəmanlıqları ilə gənclərimizə örnək olan Milli Qəhrəman Mübariz İbrahimov və Azərbaycan ordusunun zabiti Ramil Səfərovla bağlı qısa məlumatların yer aldığı buklet hazırlanaraq dərc olunacaq. Buklet Yevlax rayonundakı orta məktəblərin şagirdlərinə və Bakıda ali məktəblərdə təhsil alan tələbələr arasında paylanacaq. Pilot olaraq seçilmiş Yevlax rayonu Yuxarı Qarxun kənd orta məktəbində IX-XI sinif şagirdləri arasında vətənpərvərlik mövzusunda inşa müsabiqəsi elan olunacaq. İnşa müsabiqəsi ilə bağlı  Yuxarı Qarxun orta məktəbində  IX-XI sinif şagirdlərinə (1 gün, 70 şagird) təlim keçirilərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti, həyata keçirilən vətənpərvər siyasətin nəticəsi olaraq yetişən Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanlarımız barədə geniş məlumat veriləcək. İnşa müsabiqəsinə təqdim edilən yazılar gənclər təşkilatı və hərbyönümlü QHT rəhbərləri ilə hərbi ekspertlərdən təşkil olunmuş Müsabiqə Komissiyası tərəfindən qiymətləndiriləcək və müsabiqə qalibləri mükafatlandırılacaq.

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?