Modern.az

"Dünyanın ən yaxşı 100 mətbəxi” siyahısında birinci ölkə

Mədəni̇yyət

14 Dekabr 2023, 20:43

"Dünyanın ən yaxşı 100 mətbəxi” siyahısında italyan mətbəxi ilk pillədə qərarlaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə qastronomiya sahəsində nüfuzlu internet portalı olan “TasteAtlas” məlumat yayıb.

 

“TasteAtlas”, eyni zamanda, dünyanın yemək üçün ən yaxşı şəhərlərinin siyahısını da tərtib edib. İtaliyanın paytaxtı Roma, Bolonya və Neapol şəhərləri ilk üçlükdə yer alıb.

 

“2023-cü ilin ən yaxşı 100 yeməyi” siyahısında isə İtaliyanın məşhur Neapol pizzası - “Pizza Napoletana” 4-cü, “Pappardelle al cinghiale” pastası 11-ci sırada qərarlaşıb. İtaliya mətbəxindən siyahıya ümumilikdə 11 yemək daxil edilib. Bununla da İtaliya siyahıya ən çox mətbəx nümunəsi daxil edilən ölkə olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!