Modern.az

Jurnalistlər Yevlaxda ağac əkib, bağ saldılar (foto)

Jurnalistlər Yevlaxda ağac əkib, bağ saldılar (foto)

Təhsil

22 Aprel 2010, 17:13

 

Yevlaxda çıxan «Kür» qəzeti kollektivinin Milli Mətbuatımızın 135 illik yubileyi münasibətilə «Hər KİV 135 ağac əksin» adlı təşəbbüs irəli sürüb.

Modern.az xəbər verir ki, ideya müəlliflərinin özləri artıq redaksiyanın yerləşdiyi həyətin torpaq sahəsini münbitləşdirməklə ərazidə 135 meyvə ağacından ibarət bağ salıblar. Onlar düşünürlər ki, hər kütləvi informasiya vasitəsi 135 ağac əkməklə ölkəmizdə vüsət alan ekoloji siyasətə öz töhfəsini verə bilər.

«Kür» qəzeti kollektivi bu nəcib təşəbbüsün Azərbaycanın bütün kütləvi informasiya vasitələri tərəfindən dəstəklənəcəyinə inamını bildirir. Kollektiv əmindir ki, Milli Mətbuatımızın 135 illik yubileyinin cəmiyyətə yaxından çatdırılmasına, onun bütün ölkə miqyaslı özünəməxsus tarixə çevrilməsinə yönələn aksiya daha da genişlənəcək.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!