Modern.az

Banklar keşbekləri niyə ləğv edir? - Səbəb AÇIQLANDI

Banklar keşbekləri niyə ləğv edir? - Səbəb AÇIQLANDI

İqtisadiyyat

16 Fevral 2024, 12:20

Son vaxtlar bəzi banklar nağdsız alış-verişdən əldə edilən keşbek faizlərini azaldıb, bəziləri ümumiyyətlə ləğv edib. Mağaza şəbəkələrində analoji tendensiya hiss edilir.

 

Keşbek əksər hallarda endirimlə səhv salınır, ancaq bunlar tam fərqli anlayışlardır. Endirim hər hansısa bir məhsul və ya xidmət üzrə ödəniş etdiyiniz anda tətbiq olunur və qiyməti dərhal azaldır. Keşbek isə ödəniş edildikdən sonra tətbiq olunur və məbləğin bir hissəsi sizə geri qayıdır.

 

Bu təcrübə nağdsız ödənişləri stimullaşdırmaq məqsədilə də həyata keçirilir.

 

Bəs bankların keşbekləri azaltma və ləğv etməsinin səbəbləri nədir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu, bankların özlərinin irəli sürdüyü marketinq kampaniyasıdır:


“Banklar müştəri cəlb etmək, şirnikləşdirmək, müştərilərinin saylarını artırmaq üçün belə addımlar atırlar, kart verirlər. Bu layihələrin də öz hədəfləri var. Təbii ki, kampaniyalar öz hədəflərinə çatdıqca, verdikləri kəşbeki, 2 qat ƏDV-nin səviyyəsini aşağı salırlar. Demək bank bu kampaniya ilə  qarşısına qoyduğu, daha çox müştəri cəlb etmək məqsədinə çatıb”. 

 


İqtisadçı müştərilərin sayının artmasının bankın xərclərinin də artmasına səbəb olduğunu vurğulayıb:


“Bu bankın şəxsi təşəbbüsüdür. Bank bunu sosial layihə kimi həyata keçirmir ki, vətəndaşlara əlavə gəlir mənbəyi olsun, insanlara yardım etsin. Bankın kommersiya məqsədləri var. Bu məqsədlərə çatdıqdan sonra verdiyi güzəştləri azalda, ləğv edə bilər. Bu bankın idarə heyətinin qərarıdır”.

 

İqtisadçı ekspert Eldəniz Əmirov isə keşbekin məntiqini aşağıdakı kimi izah edib:

 

"Bəzi restoranlar müştərini qazanmaq üçün yeməkdən sonra hesabı ödəyən müştəriyə pulsuz çay, bəzi restoranlar isə müştəriyə “bu restoranın sizə hədiyyəsidir” –deyə süfrəyə pulsuz desert, qutab və s. qoyur.

 

Bank sektorunda isə müştəri qazanmaq üçün saysız hesabsız texnologiyalardan biri də keşbek siyasətidir. Hansısa restoran həmişə müştəriyə sonda pulsuz çay verməyə borclu olmadığı kimi, banklar da keşbek   sevincini müştərilərə əbəbi yaşatmağa borclu deyil. Müəyyən hədəflərdən sonra bank yanaşmanı dəyişərək geri dönüş faizini azalda və ya ləğv edə bilər".

Whatsapp
Bizə yazın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı