Modern.az

AYNA taksi sürücülərinin yoxlanılması ilə bağlı tapşırıq verməyib - RƏSMİ

AYNA taksi sürücülərinin yoxlanılması ilə bağlı tapşırıq verməyib - RƏSMİ

Aktual

16 Fevral 2024, 11:18

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksi şirkətlərinə sürücülərini narkoloji testə göndərilməsi haqda tapşırıq verməsi ilə bağlı xəbərlər yayılıb.

 

Buna səbəb kimi bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun psixoloji problemləri ola-ola taksi sürməsi göstərilib.

 

Modern.az məsələni aydınlaşdırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edib.

 

Saytımıza açıqlamasında qurumun mətbuat katibi Tural Orucov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

 

"AYNA taksi şirkətlərinə sürücülərini narkoloji testə göndərməyin təmin edilməsi ilə bağlı tapşırıq verməyib. Bu məsələlər bizimlə bağlı deyil".

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi