Modern.az

AFFA iki komandaya texniki məğlubiyyət verdi

AFFA iki komandaya texniki məğlubiyyət verdi

İdman

5 Mart 2024, 11:50

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

 

Modern.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA U-17 Qızlar Liqasında "Neftçi" kollektivi texniki məğlubiyyət alıb.

 

"Ağ-qaralar"ın "Sabah"la dueldə həkimi olmadığı üçün qarşılaşma baş tutmayıb.

 

U-14 Qızlar Liqasında isə Göyçayın "Çinar" klubu bu halla üzləşib. Bölgə təmsilçisi İmişlidə "Mil-Muğan"la görüşdə təyin olunan vaxtda meydanda olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!