Modern.az

Cüdoçumuz Avropa çempionu oldu 

Cüdoçumuz Avropa çempionu oldu 

İdman

27 Aprel 2024, 19:54

Azərbaycanın daha bir cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, yarışın son günündə tatamiyə çıxan Elcan Hacıyev (90 kiloqram) Xorvatiya, İspaniya, Gürcüstan və Rumıniyadan olan rəqiblərinə qalib gələrək qitə çempionu olub

 

O, finalda Kristof Totu məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

E. Hacıyev gənclər arasında da Avropa çempionu, eləcə də iki dəfə qitə üçüncüsü olub. O, həm də Qran-Pri və Böyük Dəbilqə turnirlərin mükafatçısıdır.

 

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kiloqram) qızıl, Balabəy Ağayev (60 kiloqram) isə gümüş medala sahib çıxıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik