Modern.az

Bakıda alim müdafiə zamanı VƏFAT ETDİ

Bakıda alim müdafiə zamanı VƏFAT ETDİ

Allah rəhmət eləsi̇n

16 Mart 2024, 11:39

Elm və Təhsil Nazirlyinin Riyaziyyat və Mexanika İnstitutunda müdafiə zamanı professor Bəhram Əliyev qəfil dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə sabir təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov bildirib.

Diferensial-operator tənliklər nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis Bəhram Əli oğlu Əliyev 22 may 1952-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub. 1969-cu ildə Ağtəhlə kənd orta məktəbini bitirib. 1969-cu ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub və 1973-cü ildə həmin institutun riyaziyyat fakültəsini bitirib. 1973-1974-cü illərdə Ağtəhlə kənd orta məktəbində riyaziyyat müəllimi işləyib.

1975-1976-cı illərdə Sovet Ordusu sıralarında xidmət edib, 1977-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda qiyabi aspirantura təhsili alıb. 27.10.1982-ci il tarixində Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunda namizədlik, 17.05.2013-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib.

Əmək fəaliyyəti Azərbaycan Dövlət Pedaqoji Universiteti və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə bağlıdır. 1990-cı ildən 2016-cı ilə qədər ADPU-nun Riyazi analiz kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləyib. 2016-cı ildən indiyədək həmin kafedranın müdiri vəzifəsində çalışırdı.

Bəhram Əliyev 2018-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyazi analiz” kafedrasının professorudur. Eyni zamanda 2006-cı ildən indiyədək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda əvəzçiliklə baş elmi işçi vəzifəsində çalışırdı.

Professor Bəhram Əliyev 70-dən artıq elmi əsərin, 4 dərs vəsaitinin müəllifidir.

Allah rəhmət eləsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir